Hacı Şəhla məscidi — Bakının Balaxanı qəsəbəsində yerləşən XIV əsr memarlıq abidəsi. Məscidin giriş qapısı üzərindəki kitabədə onun 1385-1386-cı illərdə Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinin sifarişi ilə Ustad memar Arif bin ustad Musa Cibal tərəfindən inşa edildiyi göstərilmişdir.

Giriş qapısının üstündə iki sətirlik kitabənin mətni belədir:”Bu imarət Hacı Şəhla bin Şakir bin Mustafa Köşkinindir. Yeddi yüz səksən yeddinci il (787-1385/86)”.

Bu kitabədən bir az solda, qapı çərçivəsindən bir az aralı ərəbcə bir kitabə də olub ki, bu da imarəti tikən ustaların adını bildirir. İki sətirlik bu kitabə belə oxunub: “Ustad Arif bin ustad Musa Cibalın işidir”.