Vətən müharibəsinin qazisi İlqar Həsənli İctimai Televiziyada yayımlanan MAG (Müasir Azərbaycan Gənci) verilişinin qonağı olub.

“Report” xəbər verir ki, Cəbrayıl istiqamətində gedən döyüşlərdə ayağından yaralanan qazi müharibə ilə bağlı xatirələrini bölüşüb:

“Yaralandığım zaman düşündüm ki, 5 dəqiqə sonra öləcəm. Döyüş yoldaşım məni xilas etdi. Şükür ki, şəhidlərimizin qanı yerdə qalmadı. Ayağa qalxandan sonra ilk əmrdə yenə hazıram”, – o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir